Mehriban Əliyeva Şağan qəsəbəsinin Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak etdi

05.03.2018,15:48


5 mart, Fineko/abc.az. Bakının Xəzər rayonunun Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

 

 

Açar sözlər: Şağan