Ulduz təsnifatı hotelçiliyin inkişafı üçün mühüm amildir - Florian Zenqstşmid

14:30 - 11.03.2021


11 mart, Fineko/abc.az. Son illər Azərbaycanda hotelçilik sahəsində kifayət qədər işlər görülüb.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qarşıdakı əsas məqsədlərini də açıqlayıb: "Məqsədimiz 3 istiqamət üzrə yönəlib. Birincisi hotellərin təbliğatı, ikincisi keyfiyyəti artırmaq və üçüncüsü rəqabətqabiliyyətliliyi artırmaqdır.Bu addım ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcək, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacaq".

Müəllif: Elmir Murad

Bütün xəbərlər