Hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır

14:39 - 11.03.2021


11 mart, Fineko/abc.az. Bu gün iki oteldə Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar yoxlamalar keçirildi. Təsnifat sisteminin meyarları bütün Avropa ölkələrində tətbiq olunur.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qeyd edib ki, Azərbaycan Hotel Assosiasiyasının iki auditoru müraciət edən otellərlə müzakirələr aparır.

"Hər şey mükəmməl olmaya bilər, qiymətləndirmə zamanı auditorlar çatışmazlıqlar aşkar etdikdə otellərə onları düzəltmək üçün 6 ay vaxt verilir, çatışmazlıq böyükdürsə, 12 ay vaxt verilir. İlkin qiymətləndirmə olandan sonra auditorlar hesabat hazırlayır. Hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək" deyə F. Zenqstşmid qeyd edib.

Müəllif: Elmir Murad.

Bütün xəbərlər