Bakıda qar yağacaq - Sabahın hava proqnozu

15:07 - 11.03.2021


11 mart, Fineko/abc.az. Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, gündüz qar yağacağı, günün birinci yarısında intensiv olacağı gözlənilir.

ABC.AZ-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

 

Bütün xəbərlər