Azərbaycan daha iki ölkədən vaksin alır - Sərəncam

16:13 - 11.03.2021


11 mart, Fineko/abc.az. Baş nazir Əli Əsədov dərman vasitələrinin idxalı barədə sərəncamlar imzalayıb.

ABC.AZ-ın məlumatına görə, sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilicək.

Digər sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçiriləcək.

 

 

Bütün xəbərlər