Agentlik sürücülərə müaciət etdi

17:03 - 11.03.2021


11 mart, Fineko/abc.az. “Martın 12-də paytaxtda hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar çovğun olacağı və bəzi yerlərdə qar yağacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir”.

ABC.AZ xəbər verir ki, bu Bakı Nəqliyyat Agentliyinin hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilir.

Sürücülərə tövsiyə edilir ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar.

 

Bütün xəbərlər