Prezident hərbi hissənin açılışını etdi

14:06 - 12.03.2021


12 mart, Fineko/abc.az. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İlham Əliyevə raport verib.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

 


Bütün xəbərlər