Azərbaycanda minimum əməkhaqqı 2 dəfə artıb

14:44 - 12.03.2021


12 mart, Fineko/abc.az. 2019-cu ildə reallaşdırılan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu artımlar Azərbaycanda xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin qabaqcıl beynəlxalq normalara uyğunluğunun təmin edilməsi istiqamətində də son üç ildə ciddi irəliləyişlərə imkan verib.

Belə ki, həmin nisbətin göstəricisi 2018-ci ildə 26,5% olduğu halda 2019-cu ildə 33,3% təşkil edib. 2020-ci ildə isə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisi 38%-ə yüksəlib.

Beləliklə, 2018-2020-ci illərdə bu göstərici 11,5% yüksəlib.

 

Bütün xəbərlər