Metro şənbə və bazar işləyəcək - Sərnişinsiz

15:17 - 12.03.2021


12 mart, Fineko/abc.az. Mart ayının 13-14-də sərnişindaşımada yaranmış fasilə müddətində Bakı metropoliteninin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.

ABC.AZ “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, koronavirus (“COVID-19”) infeksiyasının ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Sərnişin daşınmadığı müddətdə Bakı metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır.

 

Bütün xəbərlər