35 müəssisədə pozuntular aşkarlandı

17:01 - 12.03.2021


12 mart, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

ABC.AZ xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 353 ictimai iaşə obyektində 595 monitorinq keçirilib.

Monitorinqlər zamanı 35 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Bütün xəbərlər