İndiyədək 32 657 borcalana bu qədər ipoteka krediti verilib

11:30 - 16.03.2021


16 mart, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 657 borcalana 1 720,86 milyon manat məbləğində ipoteka krediti verib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib.

Bununla yanaşı 651 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

 

Bütün xəbərlər