Biz dəqiq bilirdik ki, Hadrut bizdədir – İlham Əliyev

12:35 - 16.03.2021


16 mart, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev və ailəsi Füzuli və Xocavənd rayonunda olub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı səfər zamanı bir sıra məqamlara toxunub.

O qeyd edib ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir.

"Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir” deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər