Hadrutu azad etmək önəmli idi – Prezident

14:10 - 16.03.2021


16 mart, Fineko/abc.az. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ailəsi ilə birlikdə Füzuli və Xocavənd rayonunda səfərdə olublar.

"Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər