Qonşu ölkədə 24 saatda 537 yeni yoluxma qeydə alınıb - 8 nəfər öldü

14:25 - 16.03.2021


16 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 537 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 128 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 275,685 nəfərə çatıb. Onlardan 268,693 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 8 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3658 nəfər həyatını itirib.

 

Bütün xəbərlər