Prezident yeni yolun təməlini qoyub - Foto

15:03 - 16.03.2021


16 mart, Fineko/abc.az. Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.

ABC.AZ-ın məlumatına görə, sözügedən yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək.

Yol Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.

Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

 


Bütün xəbərlər