Daha 2 məktəb distant təhsilə keçdi - 14 günlük

15:54 - 16.03.2021


16 mart, Fineko/abc.az. Bakıdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

akı Şəhəri üzrə Təhsil İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, 102 nömrəli tam orta məktəbdə çalışan 6, 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin “COVID-19” infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

 

Bütün xəbərlər