Azərbaycanda yaşayış məntəqələrinin qazlaşdırılması üçün daha 100 milyon manat ayrılıb

10:36 - 6.03.2018


6 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması üçün tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93%-ə çatdırılmış və bu strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.

2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsinin 95 faizədək artırılması üçün Dövlət Neft Şirkətinin (ARDNŞ) dövlət büdcəsinin investisiya xərclərindən əlavə 100 milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Bütün xəbərlər