Azərbaycanda arıçıların beş il müddətinə subsidiyalaşdırılması prosesi başlayıb

10:50 - 6.03.2018


6 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə, saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən ediləcək.

Arıçıların subsidiyalaşdırması, 2018-ci il də daxil olmaqla 5  il müddətinə nəzərdə tutulub.

 

Bütün xəbərlər