Qonşu ölkədə yoluxmalarla bağlı vəziyyət açıqlanıb – 9 nəfər öldü

11:29 - 18.03.2021


18 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 369 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın  məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 378 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 276,436 nəfərə çatıb.

Onlardan 269,384 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 9 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,674 nəfər həyatını itirib.

 

Bütün xəbərlər