BMW-nin səhmləri bahalaşdı – Şirkət təmiz nəqliyyata keçir

12:25 - 18.03.2021


18 mart, Fineko/abc.az. BMW şirkəti satışlarının ən az yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olacağını nəzərdə tutaraq təmiz nəqliyyata keçməyə başlayır.

ABC.AZ-ın məlumatına görə, cari ildə şirkət ən yüksək brendlərini bütün sahələrdə gücləndirərərək ilkin gəlirlərini xeyli artırmağı hədəfləyib.

Şirkətin səhmləri ötən il pandemiya ilə bağlı tənəzzüldən sonra 4,9 avro bahalaşaraq hazırda 84,42 avro həddinə çatıb.

Bu da son 2,5 ilin ən yüksək səviyyəsidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər