Ötən iki ayda ictimai iaşə dövriyyəsi də azalıb - Hesabat

14:34 - 18.03.2021


18 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 78,1 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azdır.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7 %-i hüquqi şəxslərin, 59,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,8 dəfə azalaraq 31,4 milyon manat olub.

 

Bütün xəbərlər