Yoluxanların sayı 1000-ə yaxınlaşdı - 7 nəfər öldü

18.03.2021,15:49


18 mart, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 256 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saatda 7 nəfər “COVID-19”dan vəfat edib.