40 min 786 təhsil işçisi peyvənd olunub – Nazir

17:12 - 18.03.2021


18 mart, Fineko/abc.az. Təhsil işçiləri üçün təşkil edilmiş 10 xüsusi mərkəzdə aparılmış vaksinasiya nəticəsində mart ayının 12-nə olan məlumata görə, 40 min 786 təhsil işçisi peyvənd olunub.

ABC.AZ xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev facebookda canlı yayımda danışarkən deyib. O qeyd edib ki, artıq bu rəqəm 45 min nəfərə çatıb.

“Təhsil sahəsində çalışan 50 yaşdan yuxarı həmkarlarımız vaksinasiyadan keçib. Müəllimlərin bu prosesdə iştirakı məktəblərin davamlı fəaliyyəti üçün vacibdir. Mən istərdim ki, məktəbdə işləyən hər kəs öz məsuliyyətini başa düşsün” deyə nazir vurğulayıb.

 

Bütün xəbərlər