Elektron Hökumətin İnkişafı Mərkəzi hesabat açıqladı – Böyük zərər

10:42 - 19.03.2021


19 mart, Fineko/abc.az. Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs 2020-ci ilin hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, qurum sözügedən dövrü 57 min 109 manat xalis zərərlə başa vurub. Müqayisə üçün qeyd edək ki, qurum 2019-cu ildə isə 670 min manat xalis mənfəət əldə etmişdi.

Qurumun əsas əməliyyat gəlirləri 2019-cu ildə 1 milyon 801 min manat ikən 2020-ci ildə 4 milyon 678 min manata yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər