Bu gün valyuta hərracının yekununda manat dollara nisbətdə möhkəmləndi

14:08 - 6.03.2018


6 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“Martın 6-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha öncə, martın 1-də keçirilmiş valyuta hərracında  ortaçəkili məzənnə 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər