Agentlik sədrinin müavini kollektivə təqdim olundu

14:12 - 19.03.2021


19 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov ANAMA İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov, Samir Poladovu kollektivə təqdim edib.

Tədbirdə ANAMA tərəfindən mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparıldığı qeyd olunub.

 

Bütün xəbərlər