İctimai nəqliyyat bu tarixlərdə işləməyəcək - Siyahı

16:06 - 19.03.2021


19 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda xüsusi karantin rejimi 1 iyunadək uzadılıb.

ABC.AZ Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

29 may saat 00:00-dan  31 may saat 06:00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

Bütün xəbərlər