Azərbaycanda Ramazan ayı nə vaxt başlayır?

12:33 - 29.03.2021


29 mart, Fineko/abc.az. Azərbaycanda Ramazan ayının başlanma tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-ə düşəcək.

Qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, Ramazan ayının ilk günü aprelin 13-nə təsadüf edəcək.

QMİ-dən əlavə olunub ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.

 

Bütün xəbərlər