SKMF, “ABAD” və “Azər Türk Bank” arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

16:09 - 6.03.2018


6 mart, Fineko/abc.az. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF), “ABAD” və "Azər Türk Bank" ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, SKMF, “ABAD”ın investisiya layihələrinin dövlətin güzəştli kreditlərini hesabına  dəstəkləyəcək. “Azər Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdıracaq.

“SKMF fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür”, - fondun direktoru Şirzad Abdullayev belə deyib.

Onun sözlərinə görə, maliyyələşdirilmiş layihələrin 90%-ni  kiçik həcmli kreditlər təşkil edir.

Tədbir çərçivəsində ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib.  

 

 

Bütün xəbərlər