Paşinyan istefa vaxtını açıqladı – Tarix

15:40 - 29.03.2021


29 mart, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin aprelində istefa verəcək.

ABC.AZ-ın məlumatına görə, bunu Paşinyan martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

O qeyd edib ki, növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək: “Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.

 

Bütün xəbərlər