Məhkəmə "Flydubai" şirkətinin təmsilçisinin pulunu mənimsəyənlə bağlı qərar verdi

16:39 - 29.03.2021


29 mart, Fineko/abc.az. Ali Məhkəmədə mənimsəmədə təqsirli bilinən Vahid Məcid Ehtiram oğlunun kassasiya şikayətinə baxılıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Vahid Məcid barəsində hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Məcid Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib.

"Baku Trans" məşhur bilet satışı şirkətlərindən biri olan "Flydubai" şirkətinin Bakıdakı təmsilçisidir.

 

Bütün xəbərlər