Daha bir şirkət Bakı Fond Birjasında istiqraz yerləşdirəcək

16:58 - 29.03.2021


29 mart, Fineko/abc.az. “Azfinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətl kağızlar 5 il müddətində tədavüldə olacaq. Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb. İstiqrazların illik faiz dərəcəsi, faizlərin hansi intervalla ödəniləcəyi isə hələ ki, açıqlanmayıb.

 

Bütün xəbərlər