"AtaSığorta"da kiçilmə - Əməliyyat gəlirlərində ciddi azalma var

10:13 - 30.03.2021


30 mart, Fineko/abc.az. Ötən il "AtaSığorta"nın cəmi əməliyyat gəlirləri 18 milyon 981 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 95 min manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu 2019-cu ildəki əməliyyat gəlirləri ilə müqayisədə azalma deməkdir.

Belə ki, 2019-cu ildə "AtaSığorta"nın cəmi əməliyyat gəlirləri 26 milyon 381 min manat, cəmi əməliyyat xərcləri isə 25 milyon 698 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər