Bu investisiya şirkəti nizamnamə kapitalını artırıb

11:05 - 30.03.2021


30 mart, Fineko/abc.az. “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını artırıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Şirkət nizamnamə kapitalını 20% və yaxud 136 min manat artıraraq 680 min manatdan 816 min manata çatdırıb.

Kapital artımı üçün maliyyə qurumunun dövriyyədə olan 680 min ədəd səhminin nominal dəyəri 1 manatdan 1,2 manata çatdırılıb.

 

Bütün xəbərlər