Gürcüstanda bir gündə koronavirusdan 8 nəfər öldü

12:10 - 30.03.2021


30 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 673 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 298 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 281 145 nəfərə çatıb.

Onlardan 272 899 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 8 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3 773 nəfər həyatını itirib.

Bütün xəbərlər