Prezident onu “Şərəf” ordeni ilə təltif etdi - Sərəncam

14:54 - 30.03.2021


30 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Məzahir Pənahovla bağlı Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı  Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahovu “Şərəf” ordeni ilə təltif edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri M. Pənahovun martın 13-də 70 yaşı tamam olub. 

 

Bütün xəbərlər