Azərbaycanda pul bazası 419 milyon manat artıb

10:58 - 7.03.2018


7 mart, Fineko/abc.az. Fevral ayında Azərbaycanda pul bazası 4,78% artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2018-ci il mart ayının 1-nə olan vəziyyətə görə Azərbaycanda pul bazası 9180,6 milyon manat təşkil edib.

2018-ci il 1 fevral tarixinə pul bazası 8761,6 milyon manat təşkil etmişdir. 1 yanvar 2018-ci il tarixinə pul bazası 8543,2 milyon manat təşkil etmişdir.

2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda pul bazası 7,46% artıb.

 

Bütün xəbərlər