Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir – Prezident

10:31 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxış edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə hazırda bərpa işlərinə start verilib.

"Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”, - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər