Prezident Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

12:20 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev aprelin 1-də Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə dövlət başçısı qeyd edib ki, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib.

"Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər