Azərbaycanda ən populyar sosial şəbəkə platformaları - Siyahı

12:31 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 10,6 faiz bəndi artıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatına görə, aprelin 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 33,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 20,8 faiz bəndi çoxdur.

Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 4,1 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin aprel ayının 1-nə 24,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,3 faiz bəndi çoxdur.

 

Bütün xəbərlər