Elektromobillərə maraq sürətlə artır

15:01 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Dünya avtomobil bazarının yarısından çoxu 2033-cü ildən sonra elektromobillərin payına düşəcək.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, “Rystad Energy” enerji tədqiqatları və məsləhət mərkəzinin hesabatına görə, bu ilin sonunda dünya avtomobil bazarında elektrik maşınlarının payı 6,2 faiz, gələn il isə 7,7 faiz təşkil edəcək.

Yaxın illərdə elektromobillərin tətbiqi sahəsində birinciliyi əldə saxlayacağı gözlənilən Avropanın elektrlomobil satışlarındakı payı bu ildə 10 faizi, 2025-ci ilədək də 20 faizi ötəcək. Sonrakı yerlərdə Şimali Amerika və Asiya olacaq.

Həmçinin 2050-ci ilədək Afrikadan başqa bütün regionlarda elektromobillərin payının 100 faizə yaxınlaşacağı güman edilir.

 

Bütün xəbərlər