Çin Azərbaycana pulsuz vaksin verəcək

15:17 - 1.04.2021


1 aprel, Fineko/abc.az. Çindən Azərbaycana yeni vaksin partiyası gətiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

O qeyd edib ki, bu partiyada 150 min doza olacaq və onlar Azərbaycana təmənnasız verilcək.

Səfir bildirib ki, Çin vaksinləri pandemiyaya qalib gəlməkdə Azərbaycana kömək edəcək: “Ümid edirik ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə pandemiyaya qalib gələcək”.

Bütün xəbərlər