Bu ilin ilk Baki Şopinq Festivali 1-31 may tarixlərində keçiriləcək

13:59 - 7.03.2018


Bu yazın ən çox gözlənilən tədbiri, şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirməkdə olan Bakı Şopinq Festivalının keçirilməsi 1-31 may tarixinə təyin edilib. Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Keyfiyyətli mallara  üstünlük verirsinizsə, eləcə də vaxtınıza və pulunuza qənaət etmək istəyirsinizsə, tam bir ay davam edəcək festival fürsətlərini qaçırmayın!

Xüsusi kampaniya və endirim təkliflərindən yararlanin!

Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.  Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəksiniz. Payız festivalında olduğu kimi, bu dəfə də supermarketlər bizə qoşulacaqlar! 

Tax Free – Şopinq et və xərclədiyin pulun bir qismini geri al!

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz. Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur. Siz alış-veriş etməklə yanaşı, həm də maraqlı vaxt keçirə biləcəksiniz.

Sizin də mağaza, restoran və ya kafe festivalda iştirak edə bilər!

Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə, ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün bizə müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq üçün [email protected] elektron poçt ünvanı və ya (+99455) 253-63-27, (+99455) 253-63-18 telefon  nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Baki Şopinq Festivalin uğurlu nəticələri:

2017-ci ildən keçirilən Bakı Şopinq Festivalı vətəndaşlarımıza və şəhərimizin qonaqlarına hər biri bir ay davam etməklə, ildə iki dəfə bu fürsəti yaradır. Keçirildiyi ilk ildən Bakı Şopinq Festivalı böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail oldu. Azəraycanda və regionda  ilk olmasına baxmayaraq, Bakı Şopinq Festivalı qısa zamanda etibar qazandı və 2017-ci ildə iki uğurlu festival həyata keçirdi. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı həyata keçirilib. Yerli alıcılarla yanaşı, ƏDV qaytarılması imkanından yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub.

 

 

Bütün xəbərlər