14:11 - 7.03.2018
7 mart, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın dəyişməsi haqqında xəbərdarlıq edib.
Nazirlikdən təqdim ediləm məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
“Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Havanın temperaturu, ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.
Nazirliyin məlumatında deyilir ki, Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
“Rayonlarda qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur”, - məlumatda belə deyilir.
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024