Çinin iki əsas elektrikli avtomobil istehsalçılarının səhmləri bahalaşdı

11:22 - 2.04.2021


2 aprel, Fineko/abc.az. Çinin əsas elektrikli avtomobil istehsalçıları - "Xpeng" və "Nio" şirkətlərinim səhmləri bu həftə Nyu-York birjasında 1% bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, Xpeng mart ayında qoyduğu hədəfdən daha çox, 5102 elektromobil satıb.

Şirkət bununla da rübük hədəfi artıqlaması ilə də yerinə yetirib.

Qeyd edək ki, "Nio" təkcə mart ayında 7257, ümumilikdə birinci rübdə 20 mindən artıq elektromobil sata bilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər