Ermənistana ayırdığımız kreditlər Qarabağda xərclənə bilməz - Dünya Bankı

17:26 - 2.04.2021


2 aprel, Fineko/abc.az. “Bir çox ölkələr kimi, Ermənistan da Dünya Bankının üzvüdür. Bizim kredit verdiyimiz üzvlərimiz qarşısında həmin vəsaitin xərclənməsi ilə bağlı spesifik tələblərimiz var”.

ABC.AZ Report-a istinadən xəbər verir ki,  Ermənistana ayrılmış kreditlərin Qarabağda istifadə edilməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

Onun sözlərinə görə, bu tələblər bağlanmış müqavilələrdə öz əksini tapır: "Beləliklə, deyə bilərəm ki, biz vəsaitlərin düzgün istifadəsi ilə bağlı şərtlərə 100 % sadiqik. Vəsaitlərin müqavilələrdə göstərilən istiqamətdə xərclənməsini təmin etmək üçün güclü təlimatlarımız və nəzarət siyasətimiz var. Nəzərdə tutulmuş istiqamətlərdən kənar xərclənməyə dair dəlil, yaxud risk olarsa, biz buna qarşı tədbir görəcəyik. Orada hər hansı bir problemin olması ilə bağlı isə məlumatım yoxdur".

 

Bütün xəbərlər