Bu şəhərlərdə məktəblər bağlandı - Distant formada həyata keçiriləcək

10:07 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunacaq.

ABC.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyindən bildiriblər. Qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Bütün xəbərlər