Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzi yaradılacaq

12:08 - 5.04.2021


5 aprel, Fineko/abc.az. “Azexport.az” portalı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə hazırda ölkə ərazisində “Azərpoçt”un 1500-dək poçt şöbəsinin mövcud olduğu qeyd edilib.

Daha sonra Azərbaycanda elektron ticarət platformalarına xidmət göstərəcək vahid logistika mərkəzinin qurulması istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

 

Bütün xəbərlər