Gürcüstanda yoluxma sayı azaldı - 11 nəfər isə öldü

12:25 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 228 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 425 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 284, 061 nəfərə çatıb.

Onlardan 275, 024 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 11 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,876 nəfər həyatını itirib.

 

Bütün xəbərlər