Azərbaycandan Rusiyaya pomidor ixracı müzakirə olunub - Yenilik gözlənir

16:10 - 5.04.2021


5 aprel, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında bitki məhsullarının Rusiya ərazisinə ixracı ilə bağlı məsələlər müzakirə olunub.

ABC.AZ-ın məlumatına görə, görüşdə qarşı tərəfə bildirilib ki, hazırda ölkənin qərb hissəsində fərdi təsərrüfatların bir hüquqi şəxsə birləşdirilməsi proseduru həyata keçirilir.

"Yeni təşkilati struktur istehsal olunan məhsulların fitosanitar vəziyyətini bütün zəncir boyunca – istixanadan idxalçılara qədər izləməyə imkan verəcək. Tərəflər Azərbaycan müəssisələrinin AQTA-nın zəmanəti ilə istehsal sahələrindən Rusiyaya pomidor tədarük etməsinə video-yoxlamalar aparmadan icazə vermə imkanlarını müzakirə ediblər" deyə qeyd olunub.

 

Bütün xəbərlər